Türkiyədə baş verən zəlzələ bizi daha da sıx birləşdirəcək - “Əsas məsələ”də müzakirə

Türkiyədə baş verən zəlzələ bizi daha da sıx birləşdirəcək - “Əsas məsələ”də müzakirə

Bakı. TurkicWorld:

Türkiyənin 10 əyalətində bu gün səhərə yaxın zəlzələ baş verib. 7.4 ballıq zəlzələ nəticəsində xeyli dağıntı, ölən və yaralananlar var. Axtarış-xilasetmə işlərinə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr canlı qüvvə göndərməkdə davam edir.

Zəlzələ bölgəsində yağış və qarın yağması axtarış-xilasetmə işlərinin sürətinə təsir edir. Meteorologiya İdarəsinin məlumatına görə, bu təsirə məruz qalan zəlzələdən zərər görmüş 10 əyalətin əksəriyyətində havanın temperaturu 10 dərəcədən aşağıdır, yağış və qar yağır...

TurkicWorld-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Türkiyədə baş verən zəlzələ bizi daha da sıx birləşdirəcək" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Cavid Vəliyev - BMTM-in şöbə müdiri, Jalə Əliyeva - Milli Məclisin deputatı, Mahir Abbaszadə - Milli Məclisin deputatı, Xəyal Bəşirov - siyasi şərhçi, mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz: