Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək

Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək

Bakı. TurkicWorld:

Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək.

TurkicWorld-in məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Naziriniliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

"Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin əlavə xilasediciləri də qardaş ölkəyə ezam olunacaq", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. Zəlzələ 10-a yaxın bölgədə hiss edilib.Zəlzələ nəticəsində hazırkı məlumata görə, 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina dağılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in 370 nəfərlik heyəti Heydər Əliyev Hava Limanından Türkiyəyə yola salınıb.