RSK-ya məxsus daha 14 maşın Laçın yolundan keçib

RSK-ya məxsus daha 14 maşın Laçın yolundan keçib

Şuşa. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn RSK-ya məxsus maşın karvanı Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Maşın karvanı bir minik, on üç yük maşınından ibarət olub.