“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək

“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda  Respublika Elmi Konfransı keçiriləcək

BAKI,TurkicWorld

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu 26 aprel 2023-cü il tarixdə “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda Respublika Elmi Konfransı təşkil edəcək.

Məqalə göndərmək istəyən şəxslər aşağıdakı mövzu və istiqamətlərə uyğun olaraq 27 mart 2023-ci il tarixinə qədər ilahiyyatkonfrans2023@gmail.com ünvanına göndərə bilərlər.

Konfransın əsas mövzu və istiqamətləri:

Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik;

Tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi;

Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri;

Dünyada dövlət-din münasibətləri modelləri;

Ümummilli Lider və Azərbaycanın müsəlman Şərqi siyasətinin prioritetləri;

Qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq;

Ekstremizm, terrorizm və radikalizmlə mübarizədə din təhsilinin əhəmiyyəti;

Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı;

Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu;

Heydər Əliyevin siyasətində dünyəvilik və mənəvi dəyərlərin qorunması;

Heydər Əliyevin milli-mənəvi dəyərlərə dair siyasi kursunun istiqamətləri;

Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği;

Azərbaycanda tarixi, mədəni və dini abidələrinin qorunub-saxlanılması və bərpasında Ulu Öndərin rolu;

Ümummilli Liderin milli-mənəvi və dini dəyərlərə dair siyasi irsinin davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu.

Məqalələrin qəbul qaydaları:

Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: ilahiyyatkonfrans2023@gmail.com

Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.

Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir. Məs.: (Məmmədov 2007, 17-21).

Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Ən sonda səhifələrin sayı göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir. Məsələn: Məmmədov Akif. (1986). Dünyada dövlət - din münasibətləri. Bakı: Mütərcim. (435 səh.).

Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.

Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələrin təqdim olunması üçün son tarix: 27.03.2023
Qəbul edilən məqalələrin elan edilmə tarixi: 03.04.2023

Əlaqələndirici şəxslər:

Şəms Bağırova (+99412) 436 77 66

(+99451) 969 88 00

Şahin Ələsgərov (+99412) 436 77 66

(+99455) 529 93 80

Qeyd edək ki , TurkicWorld media layihəsi Azərbaycan İlahiyyat İnstitutunun media partnyorudur. Tərəflər arasında əməkdaşlıq memorandum 26 dekabrda imzalanıb.