Mühafizəçi mane olmasaydı terrorçu səfirlikdə hamını güllələyəcəkdi (VİDEO)

Mühafizəçi mane olmasaydı terrorçu səfirlikdə hamını güllələyəcəkdi (VİDEO)

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

TurkicWorld xəbər verir ki, hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb.

Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.

Səfirliyin əməkdaşı hadisəylə bağlı danışarkən bildirib ki, terrorçunu arxadan tutub. Bu zaman terrorçu onu da öldürməyə çalışıb, hətta bir neçə atəş də açıb.