Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik - Rafaello Marketti

Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik - Rafaello Marketti

Bakı. TurkicWorld:

Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik.

TurkicWorld-in məlumatına görə, bunu bu gün Luiss Universitetinin Xarici Əlaqələr üzrə rektor müavini Rafaello Marketti jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İtaliya-Azərbaycan Universitetinin italyan ali təhsil qurumları ilə birgə təklif etdiyi ilk magistr proqramı layihəsi Azərbaycanda insan kapitalının güclənməsinə töhfə verəcək.

"Eyni zamanda bu, Azərbaycan və İtaliya arasında bağları daha da sıxlaşdıracaq. Bu, ölkənin qeyri-neft sektorunun bir parçasıdır. Layihəyə İtaliyanın beş aparıcı universiteti cəlb olunub. ADA ilə həyata keçirdiyimiz layihə biznes, urban dizayn, mühəndislik sahələrini əhatə edir", - deyə o əlavə edib.