Şuşada 20 Yanvar şəhidləri yad edilib

Şuşada 20 Yanvar şəhidləri yad edilib

Şuşa. TurkicWorld:

Şuşa şəhəri Dövlət Qoruğunun qarşısında 20 Yanvar şəhidiləri yad edilib.

TurkicWorld-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, Şuşada Bakı vaxtı ilə saat 12:00-da bir dəqiqəlik sükutla 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad olunub. Eyni zamanda ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.

Bundan başqa Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Aksiya yerində də 20 Yanvar Qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.