Azərbaycanda digər sahələrdə olduğu kimi, media sahəsində də daim islahatlar həyata keçirilir - Sahil Kərimli

Azərbaycanda digər sahələrdə olduğu kimi, media sahəsində də daim islahatlar həyata keçirilir - Sahil Kərimli

Bakı, Dekabr 26. /TurkicWorld/

Trend İnformasiya Agentliyi daim çalışır ki, öz əməkdaşlığının dairəsini genişləndirsin. Bu baxımdan bugünki tədbir çox önəmlidir. Yeni əməkdaşlıq memorandumu imzalayırıq. Trend-in oxucu dairəsi böyükdür, oxucularını bir neçə dildə xəbərlərlə təmin edir.

Bunu bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin direktorunun müavini Sahil Kərimli İlahiyyat İnstitutu ilə “Turkic.World” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində deyib.

O qeyd edib ki, Trend daim böyümək, beynəlxalq aləmə çıxmaq üçün layihələr həyata keçirir.

Əsas məqsədimiz Azərbaycan həqiqətərinin dünyaya çatdırılması, milli maraqlarımızın qorunmasıdır. Bu gün də bəzi qüvvələr Azərbaycana qarşı şər, böhtan kampaniyası aparır. Bunlara cavab vermək üçün medianın da üzərinə böyük yük düşür”, - deyə S.Kərimli bildirib.

O qeyd edib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, media sahəsində də daim islahatlar həyata keçirilir, inkişaf gedir.

“Cənab Prezident İlham Əliyevin mediaya diqqət və qayğısını xüsusi vurğulamaq istərdim. Bütün bu proseslər mediamızı yeni müstəviyə çıxarır. Əlbəttə medianın da üzərinə böyük məsuliyyət düşür”, - deyə S.Kərimli əlavə edib.

Qeyd edək ki, türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Azərbaycan İlahiyyat İnstitutu arasında tərəfdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, "Turkic.World" media layihəsi Azərbaycan İlahiyyat İnstitutunun rəsmi media tərəfdaşı olub.