"Türk Dünyası" (Turkic.World) media platforması və Türkiyəli tanınımış yazar Ayşe Gül Kara Zorlu ilə tərəfdaşlıq memorandumu imzalayıb (FOTO)

"Türk Dünyası" (Turkic.World) media platforması və Türkiyəli tanınımış yazar Ayşe Gül Kara Zorlu ilə tərəfdaşlıq memorandumu imzalayıb (FOTO)

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Türkiyəli tanınımış yazar Ayşe Gül Kara Zorlu ilə tərəfdaşlıq memorandumu imzalayıb.

TurkicWorld-un məlumatına görə, memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında imzalanıb. İmzalanma mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edib.

İmzalanan memorandum çərçivəsində Turkic.World media platformasında kitabla bağlı xəbərlər dərc olunacaq, həmçinin Türk, Rus və Azərbaycan dillərində dünyaya tanıdılacaq.

Yerli qəhrəman "Şakrak"- ın macəralarından bəhs edən və uşaqlar üçün də oyuna çevrilən kitab, oxuyarkən həm əyləndirmək, həm də öyrətmək məqsədi daşıyır.

Learn More

İmzalanma mərasimindən sonra Bağcılar Bələdiyyəsinin Feyzullah Kıyıklık Əngəllilər Sarayında təşkil edilən tədbirdə çox sayda müəllim və görmə məhdudiyyətli uşaqlar iştirak edib.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.