BAKI, TurkicWorld
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
TurkicWorld xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 9 ailə - 38 nəfər Vəngli kəndinə köçürülür.
Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
xxx
Ağdamdan Vəngli kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
TurkicWorld-in Qarabağ bürosunun xəbərinə görə, bu gün yola salınan 9 ailə olmaqla 38 nəfər Vəngli kəndinə çatıb.
Daha sonra ailələrə yeni evlərin açarları təqdim ediləcək






