3 narkokuryer 18 kiloqram narkotiklə tutuldu

3 narkokuryer 18 kiloqram narkotiklə tutuldu

Bakı. TurkicWorld:

Paytaxtda saxlanılan daha 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.

C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən olunub.

Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.