Ötən gün narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib - DİN

Ötən gün narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib - DİN

Bakı. TurkicWorld:

Aprelin 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.