Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN

Bakı. TurkicWorld:

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən, borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.