Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlandı

Bakı. TurkicWorld:

Xankəndidə silah-sursat aşkarlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.