Quru sərhədlər növbəti üç ay da bağlı olacaq - Baş nazir

Quru sərhədlər növbəti üç ay da bağlı olacaq - Baş nazir

Bakı. TurkicWorld:

Quru sərhədlər növbəti üç ay da bağlı olacaq.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

"Baxmayaraq ki, sərhədlər bağlı olub, ölkədə ümumi daxili məhsulda artım davam edib. Sərhədlərin bağlanmasını ÜDM ilə əlaqələndirmək doğru deyil", - o qeyd edib.