Azərbaycan ekoloqlarından Türkiyəyə dəstək: Bütün imkanlarımızı səfərbər etməyə hazırıq

Azərbaycan ekoloqlarından Türkiyəyə dəstək: Bütün imkanlarımızı səfərbər etməyə hazırıq

Azərbaycan ekoloqları türkiyəli həmkarlarına dəstək müraciəti edib.

Turkic.World xəbər verir ki, müraciətdə deyilir:

"Qardaş Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları bizi də dərindən kədərləndirdi və sarsıtdı. Biz - İctimai Ekoloji Şuranın üzvləri, ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındayıq. Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq".