Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb.

Turkic.World-un Qarabağ bürosu xəbər verir ki, Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun Ağdama səfərinin məqsədi, rayonun tarixi mərkəzi hissəsində, Üzərliktəpə, İmarət kompleksi, Qiyaslı, Cümə məscidləri, Şahbulaq qalası, qəbristanlıqlarla tanışlıq və müvafiq qeydiyyat işləri aparmaqdır.