Aİ-nin Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir - Rusiya XİN

Aİ-nin Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir - Rusiya XİN

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir.

TurkicWorld TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı zamanı qeyd olunub.

Diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

"Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir", - deyə Qaluzin qeyd edib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə danışarkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir.

"Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur", - deyə o vurğulayıb.