Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır - Zaxarova

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır - Zaxarova

Bakı. TurkicWorld:

Moskva Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir.

TurkicWorld-un məlumatına görə, bunu bü gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı biz tərəfdaşlarımıza yardım göstərməkdə davam edirik. Bu günlərdə faydalı bir səfər baş tutdu. Sergey Lavrovun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edib. Həm Ermənistan, həm də Azərbaycan tərəfi ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. Sülh müqaviləsi mövzusunun həssaslığını nəzərə alaraq, məsləhətləşmələrin təfərrüatlarına varmayacağam. Mən Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu məsələ ilə bağlı növbəti görüşünə hazır olduğumuzu bir daha təsdiq edə bilərəm".