Milli Məclisin nümayəndə heyəti Cənubi Afrikaya gedib

Milli Məclisin nümayəndə heyəti Cənubi Afrikaya gedib

Bakı. TurkicWorld:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfərə gəlib.

TurkicWorld-in məlumatına görə, nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildirlər.

Keyptaun Beynəlxalq hava limanında nümayəndə heyətini Cənubi Afrika Respublikası Milli Assambleyasının vitse-spikeri David Ntombela, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yamin Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.