Azərbaycan xalqının gücü nəyə çatırsa, yardım edir - Türkiyəli səfir

Azərbaycan xalqının gücü nəyə çatırsa, yardım edir - Türkiyəli səfir

Bakı. TurkicWorld

Həqiqətən, Azərbaycan bir ürək olmuşdur. Azərbaycan xalqı gücü nəyə çatırsa, yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən, minnətdarıq.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik", - deyə səfir qeyd edib.