Prezident İlham Əliyev: Azərbaycandan Türkiyəyə böyük bir qrup könüllü artıq yola düşür

Prezident İlham Əliyev: Azərbaycandan Türkiyəyə böyük bir qrup könüllü artıq yola düşür

Bakı. TurkicWorld:

Azərbaycandan Türkiyəyə böyük bir qrup könüllü artıq yola düşür.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən deyib.

Dövlət başçısı bildirib:

"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.

Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar".