Prezident İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib

Prezident İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib

Bakı. TurkicWorld

Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir.

TurkicWorld xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.