Vardanyan Qarabağdan Moskvaya qaçıb

Vardanyan Qarabağdan Moskvaya qaçıb

Bakı. TurkicWorld:

Erməni əsilli milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçıb.

"Qraparak" erməni qəzetinin yazdığına görə, Vardanyan Rusiyaya böyük ehtimalla, öz idarəçilərindən yeni təlimatlar almaq üçün yollanıb.

Nəşrdə buna qədər erməni separatçılarının başçısı Araik Arutyunyanın da təqribən on gün əvvəl "müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək üçün" Moskvaya getdiyi və 3-4 gün əvvəl Qarabağa qayıtdığı qeyd olunub.

"Qraparak"ın fikrincə, separatçılar artıq 58 gündür azərbaycanlıların Qarabağın təbii resurslarının talan edilməsinə qarşı dinc aksiyasının davam etdiyi Laçın yolu ətrafındakı vəziyyətlə bağlı Rusiyanın mövqeyini daha aydın başa düşmək istəyirlər.

Məqalədə həmçinin qeyd olunub ki, separatçılar öz məqsədlərinə çatmaq üçün Rusiyadan hansı xeyir əldə edəcəklərini daha aydın başa düşmək istəyir və Moskvada kiminlə işləyəcəklərinə qərar verməyə çalışırlar.

Sual yaranır ki, Rubik Qarabağı necə tərk edərək rus sülhməramlılarının daşıdığı badımcan və çuğundurların arasında gizlənib, yoxsa o qadın paltarı geyinib?

Bir şey aydındır ki, qaçıb gedən milyarder Qarabağa bir daha qayıtmayacaq, əgər qayıtsa bu ona çox baha başa gələcək.