Zəlzələ olan 10 bölgəni fəlakət zonası elan etdik - Ərdoğan

Zəlzələ olan 10 bölgəni fəlakət zonası elan etdik - Ərdoğan

Bakı. TurkicWorld:

Zəlzələ olan 10 bölgəni fəlakət zonası elan etdik.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.

O qeyd edib ki, 54 min çadır, 102 min yataq zəlzələ bölgəsinə göndərilib.

"Dünyanın ən böyük təbii fəlakətlərindən birini yaşayırıq. Zəlzələ olan 10 bölgəni fəlakət zonası elan etdik. Bu çətin günümüzdə yardım təklif edən, yanımızda olan hər kəsə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a yüksəlib.