Prezident İlham Əliyev Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa işlərində iştiraka dəvət edib

Prezident İlham Əliyev Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa işlərində iştiraka dəvət edib

Bakı. TurkicWorld:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakı mümkündür.

TurkicWorld-in məlumatına görə, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı həmin şirkətləri bərpa-quruculuq işlərində iştiraka dəvət edib.