Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-nin daimi üzvü olması məsələsi yaxşı təklifdir - Səfir

Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-nin daimi üzvü olması məsələsi yaxşı təklifdir - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəal iş aparır. Konqo Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəkləyir.

TurkicWorld-in məlumatına görə, bu fikirləri Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirən diplomat Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.