Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub

Bakı. TurkicWorld:

Azərbaycan və NATO arasında tərəfdaşlıq məsələləri müzakirə olunub.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə sosial media hesabında qeyd edib.

"ABŞ-nin Alyansdakı daimi təmsilçisi Julianna Smislə görüşdük. Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı ilə yanaşı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, Laçın yolu ətrafındakı vəziyyət və digər regional məsələlər müzakirə edildi", - deyə səfir bildirib.

C.Hüseynzadə həmçinin İrandakı səfirliyimizə hücumla bağlı ABŞ-nin Azərbaycana sürətli və çevik dəstəyini alqışladığını əlavə edib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.