Azərbaycanlı hərbçilər Britaniya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan kursu başa vurublar

Azərbaycanlı hərbçilər Britaniya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan kursu başa vurublar

Bakı. TurkicWorld:

Azərbaycanlı hərbçilər Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan kursu başa vurublar.

TurkicWorld-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "Twitter"də bildirib.

"General Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular", - deyə paylaşımda qeyd olunub.