XİN-də Türkiyədəki zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb

XİN-də Türkiyədəki zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb

Bakı. TurkicWorld:

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)

+994503422491 (24 saat)
cmmkon@mfa.gov.az