Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFADA gedəcək

Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFADA gedəcək

Bakı. TurkicWorld:

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFADA gedəcək

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, Türkiyə Prezidenti episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFAD Başçılığına gedəcək.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.