ATƏT Türkiyəyə yardım göstərməyə hazırdır

ATƏT Türkiyəyə yardım göstərməyə hazırdır

Bakı. TurkicWorld:

ATƏT Türkiyəyə yardım göstərməyə hazırdır.

TurkicWorld-in məlumatına görə, bu barədə ATƏT sədri Buyar Osmani tvitter hesabında qeyd edib.

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. ATƏT Türkiyəyə yardım göstərməyə hazırdır", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.