İslam Əməkdaşlıq Təşkilatı Türkiyəyə başsağlığı verib

İslam Əməkdaşlıq Təşkilatı Türkiyəyə başsağlığı verib

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatı(İƏT) Türkiyənin cənub bölgəsində baş verən, çoxlu sayda ölüm və yaralanma ilə nəticələnən güclü zəlzələdən sonra Türkiyə və Suriya həlak olanlara dərin hüznlə başsağlığı verib.

TurkicWorld-in məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatından məlumat verilib.

"Zərər çəkən əhalini xilas etmək və zəlzələnin təsirini məhdudlaşdırmaq üçün Türkiyə Respublikasının müvafiq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz reaksiyanı yüksək qiymətləndiririk. İƏT Üzv Dövlətləri və müvafiq qurumları, eləcə də bütün tərəfdaşları xilasetmə səylərinə töhfə verməyə çağırırıq", - deyə qeyd edilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.