Fransa Türkiyəyə başsağlığı verib

Fransa Türkiyəyə başsağlığı verib

Bakı. TurkicWorld:

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, Kolonna paylaşımda Fransanın Türkiyənin yanında olduğunu qeyd edib.

"Türkiyədə yenicə baş verən və çoxsaylı insanların həlak olmasına səbəb olan dəhşətli zəlzələdən sonra türkiyəli həmkarım Mövlud Çavuşoğluna dərin hüznlə başsağlığı verdim. Fransa türk xalqının yanındadır" – deyə o paylaşımda qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub.

Məlumata əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.