Norveç səfiri Türkiyəyə başsağlığı verib

Norveç səfiri Türkiyəyə başsağlığı verib

Bakı. TurkicWorld:

Norveçin Azərbaycan və Türkiyədəki səfiri Erlinq Şonsberq Türkiyəyə başsağlığı verib.

TurkicWorld-in məlumatına görə bu barədə səfirin tivtter hesabında qeyd edilib.

"Türkiyədə baş verən faciəvi zəlzələdə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm. Türkiyə ilə həmrəyik. Keçmiş olsun", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.