Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyə yollanacaq, hazırlıq başlanıldı

Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyə yollanacaq, hazırlıq başlanıldı

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik xilas etmə qüvvələrinin Türkiyə yollanması barədə tapşırıq verib.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, 370 nəfərlik heyət hazır vəziyyətə gətirilib. Heyətin yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.