Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanan Saziş təsdiqləndi

Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanan Saziş təsdiqləndi

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, Fərmanla 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş" təsdiq edilir.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərəcək.