Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü olub

Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü olub

Bakı. TurkicWorld:

Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

TurkicWorld-in məlumatına görə, bu barədə Macarıstan XİN başçısı "Facebook"da bildirib.

"Bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk.

Çoxlu yeni avropalı dostlarla yanaşı, biz Azərbaycanın köhnə dostlarıyıq, ona görə də bir-birimizi yaxşı tanıyırıq və qarşılıqlı hörmət əsasında danışıqlar masası arxasında əyləşə bilirik.

Məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır", - P.Siyarto qeyd edib.