Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri - “Əsas məsələ”də müzakirə olunub

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri - “Əsas məsələ”də müzakirə olunub

Bakı. TurkicWorld

Azərbaycan və Macarıstan bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, İƏT-də, BMT-də, TDT-də, İKT-də və sair təşkilatlarda fəallığı bir çox qlobal problemlərin həllinə rəvac verir. Macarıstan isə Avropa İttifaqının üzvü kimi öz regionunun inkaredilməz güc mərkəzlərindən birini formalaşdırır. Macarıstanın BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası kimi təşkilatlarda fəallığı Azərbaycanın maraqlarının beynəlxalq müdafiəsində bizə mühüm dəstək qazandırır...

TurkicWorld-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Elşad Həsənov - siyasi şərhçi, Samir Heydərov - iqtisadçi ekspert, Samir Hümbətov - Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdrimaları Mərkəzinin rəhbəri, politoloq və Emin Əliyev - Trend BİA-nın baş redaktoru, mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz: