Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

Bakı. TurkicWorld

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.