Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib

Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

TurkicWorld-in məlumatına görə, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.