Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan dərin kədər hissi keçirir - XİN

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan dərin kədər hissi keçirir - XİN

Bakı. Trend:

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

"Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir",- deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.