Misir bu ağırlı hadisədə Azərbaycanla tam həmrəydir - XİN

Misir bu ağırlı hadisədə Azərbaycanla tam həmrəydir - XİN

Bakı. TurkicWorld

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının səfirliyə hücum nəticəsində həlak olması ilə bağlı dost ölkə hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

TurkicWorld xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd tvitter hesabında qeyd endedib.

"Biz Misirin bu ağrılı hadisədə Azərbaycanla tam həmrəy olduğunu bəyan edirik", - deyə o bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.