Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır - Ərdoğan

Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır - Ərdoğan

Bakı. TurkicWorld

Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram.

TurkicWorld-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında qeyd edib.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.