Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücumu hər bir sivil ölkə pisləməlidir - Şahmar Mövsümov

Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücumu hər bir sivil ölkə pisləməlidir - Şahmar Mövsümov

Bakı. TurkicWorld

Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücumu hər bir sivil ölkə pisləməlidir.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tvitter hesabında paylaşımında deyib.

"Günahkarlar cəzalandırılmalıdır! Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahsız insanların həyatını xilas edib. Həlak olanın ruhu şad olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.