Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir - Avropa Şurası Baş Katibi

Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir - Avropa Şurası Baş Katibi

Bakı. TurkicWorld

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm.

TurkicWorld-in məlumatına görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç tvitter hesabında qeyd edib.

"Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlak olanlara başsağlığımı bildirirəm", - deyə o bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.