Təbriz futbol klubu Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyib

Təbriz futbol klubu Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyib

Bakı. TurkicWorld

Təbrizin "Traktor" futbol klubu Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə bağlı paylaşım edib.

TurkicWorld bu barədə futbol klubunun "Tvitter" hesabına istinadən xəbər verir.

"Qardaşın acısını ancaq qardaş anlayar. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyirik. Terror dayandırılsın!"

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.