Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Ukrayna səfiri

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Ukrayna səfiri

Bakı. TurkicWorld:

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır.

TurkicWorld-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında bildirib.

"Təəssüf ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır: bu gün Tehranda oxşar hadisə baş verib. Bu, dərin narahatlıq doğuran qəbuledilməz və həyasızcasına bir haldır. Azərbaycan səfirliyinə hücum faktı lazımınca araşdırılmalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq yeni cinayətlərə yol açır", - deyə səfir qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.