Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum məni sarsıtdı - Britaniya səfiri

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum məni sarsıtdı - Britaniya səfiri

Bakı. TurkicWorld:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı.

TurkicWorld-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.