Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir - Peter Mixalko

Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir - Peter Mixalko

Bakı. TurkicWorld :

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi.

TurkicWorld -in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviterdə yazıb.

"Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.